Azərbaycan Prezidenti: Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur
Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. "AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Pekinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib.