PUTİNİN HAMIDAN GİZLİ SAXLADIĞI OĞLU - Görüntüləri yayıldı + FOTOLAR

Bütün vaxtını xüsusi müəllimlər və mühafizəçilərlə keçirir

Rusiya Prezidenti Vladimir Putinin gimnast Alina Kabayevdan olduğu iddia edilən oğlunun ilk dəfə görüntüləri ortaya çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Kreml əleyhinə fəaliyyət göstərən xəbər saytlarında məlumat yayılıb.

Xəbərdə illərlə hər kəsdən uzaq tutulan və ciddi şəkildə qorunan uşaq üçün “yəqin ki, dünyanın ən tənha uşağıdır” ifadəsi işlədilib. Məlumata görə, İvan adlı bu uşaq və onun 4 yaşlı qardaşı Vladimir, Putinin gizli saxladığı övladlarıdır və demək olar ki, heç kimlə ünsiyyət qurmurlar. Onlar bütün vaxtlarını xüsusi müəllimlərlə və mühafizəçilərlə birlikdə keçirirlər.

Qeyd edək ki, 2013-cü ildə 30 illik həyat yoldaşı Lyudmiladan boşandığını açıqlayan Rusiya lideri, bu günə qədər iki oğlu olduğu barədə iddialarla bağlı heç bir açıqlama verməyib.

Şəxsi həyatı barədə danışmağı sevməyən Putin, bir müsahibəsində “Balacalarımla nağıl filmlərinə baxmağı xoşlayıram” demişdi. Bu açıqlamadan sonra Rusiya mediasında Putinin iki kiçik oğlundan bəhs etdiyi barədə iddialar ortaya atılmışdı.

Daha öncə xarici KİV-lərdə yayılan xəbərlərdə Kabayeva və iki oğlunun ölkə xaricində yaşadığı bildirilmişdi.

 

 


 

 


 






Fikirlər