Putinin 200 milyardlıq sərvəti var- QƏRB BANKLARINDA

Putinin 200 milyardlıq sərvəti var- QƏRB BANKLARINDA

Rusiya Prezidenti Vladimir Putinin şəxsi sərvəti ilə bağlı maraqlı bir iddia ortaya atılıb.

Gununsesi.info ABŞ-ın “The Atlantic” saytına istinadən bildirir ki, ötən həftə ABŞ Konqresində ifadə və ciddi bəyanatlar verən “Hermitage Capital Management”ın İcraçı direktoru Bill Browder dünyanın ən varlı insanının 200 milyard dollarlıq sərvəti ilə Rusiya prezidenti Vladimir Putin olduğunu deyib.
Browder, yalan danışmağın böyük bir cinayət olaraq qəbul edildiyi ABŞ Konqresinə verdiyi ifadəsində Putinin 200 milyard dollarlıq sərvətinin olduğunu deyib.
Rusiyaya tətbiq olunacaq sanksiya qərarı öncəsi parlamentdə ifadə edən Browder, “Putin pulunu qərb banklarında saxlayır. Sərvətinin hər an dondurulması riski də var” deyə qeyd edib.
Browder Putinin əmrində 10 min şəxsi heyətin olduğunu və bu şəxsi heyətin pul yumaqdan adam qaçırmağa qədər bir çox qeyri-qanuni fəaliyyəti həyata keçirdiyini bildirib. Putinin rəsmi olaraq açıqlanan illik maaşı 120 min dollar səviyyəsindədir.
“Celebritynetworth” adlı internet saytının xəbərinə görə isə, Putinin 70 milyard dollarlıq gizli sərvəti var. Putin ailədən varlı biri də deyil. Vladimir Putinin anası bir fabrik fəhləsi, atası isə hərbçi idi.






Fikirlər