Putinin şəxsi mühafizəçisi öldürüldü?
ANS-in məlumatına görə, Rusiyanın bəzi xəbər saytları prezidentin şəxsi mühafizəçisinin öldürüldüyünü iddia edir.
Belə ki, xəbərlərdə bildirilir ki, Putinin mühafizəçisi general-polkovnik Viktor Zolotov öldürülüb.
General-polkovnik 13 ildir ki, Putinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində çalışır. Zolotov eyni zamanda Putinin yaxın dostlarından biri kimi tanınır. Lakin bu xəbərlər bağlı rəsmi açıqlama verilməyib.
Rusiya mətbuatında qeyd olunur ki, Zolotov bu yaxınlarda Federal Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunacaqdı.
Xatırladaq ki, bir neçə həftədir ki, Rusiya prezidenti Vladimir Putin ictimaiyyət qarşısına çıxmır. Rusiya mətbuatı Putinin yoxa çıxması barədə bir sıra versiyalar irəli sürür. Onun ağır xəstəliyə tutulması da ehtimal edilir. Lakin Kreml bütün bu xəbərləri təkzib edir.