“Putinin 200 milyard dolları var”

“Putinin 200 milyard dolları var”Bir vaxtlar Rusiyanın ən iri xarici sərmayədarı olmuş hedc fondu rəhbəri Bill Browder, Rusiya Prezidenti Vladimir Putinlə bağlı maraqlı bir iddia ortaya atıb.

Browder, Putinin 200 milyard dollarlıq sərvətinin olduğunu irəli sürüb.
CNN kanalında sualları cavablandıran Browder, Putinin şəxsi sərvəti barədə suala, “Güman edirəm ki, 200 milyard dollardır” cavabını verib.

OĞURLADIĞI QƏDƏR OĞURLAYIB

“Rusiyada 14 ildir ki, tək güc olduğu üçün ölkənin qazandığı pullar, məktəblərə, yollara xəstəxanalara xərclənməyən pullar nəzərə alındıqda, bu pulların çoxunun mülkə, İsveçrədəki bank hesablarına, birja investisiya qoyuluşlarına, Putin və onun ətrafı üçün investisiya yatıran hedc fondlara getdiyini deyə bilərəm” deyə davam edib.

Browder, Putinin 1999-cu ildə baş nazir, 2000-ci ilin May ayında da prezident olduqdan sonra keçən ilk 8-10 ildə oğurladığı qədər pul oğurladığını da iddia edib.
Belə bir şeyin həqiqət olması vəziyyətində, Putin dünyanın ən varlı adamı ola bilər.

ƏN VARLI BILL QEYTS-dir

Forbes jurnalının rəsmi rəqəmlərinə görə, hazırda dünyanın ən varlı adamı 79,2 milyard dollarlıq şəxsi sərvətilə Microsoft-un banisi Bill Qeytsdir
. (“marja”)






Fikirlər