Prezidentin Çinə dövlət səfəri başa çatdı (FOTO)
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb.
Qaynarinfo xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.