“Vladimir, dayan!” - Tramp Kiyevə zərbələri pislədi
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya son raket və PUA hücumu zamanı insanların həlak olmasına münasibət bildirib. “AzerTaym.az” azpolitika-ya istinadən xəbər verir ki, Tramp özünün “Truth Social” sosial şəbəkəsində belə hücumların lüzumsuz olduğunu qeyd edib və “Vladimiri” dayanmağa, müharibəni bitirmək üçün müqavilə bağlamağa çağırıb. "Rusiyanın Kiyevə endirdiyi zərbələrdən razı deyiləm. Onlar lazımsız və çox vaxtsız idi. Vladimir, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin sülh sazişi bağlayaq!" - Deyə, Tramp bildirib.