İstanbulda güclü zəlzələ baş verib - VİDEO - Yenilənib
Türkiyənin İstanbul şəhərində ardıcıl 2 zəlzələ baş verib. "Haber Global" xəbər verir ki, ikinci zəlzələ çox güclü hiss olunub. Yerli saatla 12:13-də baş verən zəlzələ 3,9 bal gücündə qeydə alınıb. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin (EMSC) məlumatına görə, ikinci zəlzələnin gücü 6 bal olub. Mobil telefonlara göndərilən xəbərdarlıq bildirişlərində isə təkanların maqnitudası 5.6 bal qeyd edilib.