30.06.2014.- Şimal-qərb bölgəsində ZƏLZƏLƏ oldu

30.06.2014.- Şimal-qərb bölgəsində ZƏLZƏLƏ oldu AzərTaym İnformasiya Portalı bildirir ki,
29 iyun saat 22:26 radələrində episentri Zaqatalada yerləşməklə güclü zəlzələ qeydə alınıb.
Zəlzələnin mərkəzi Zaqatala ərazisində 41.54 və 46.51 koordinatlarında qeydə alınıb. Zəlzələnin gücü 5.2 bal olub.


Yerin 14 km dərinliyində olan silkələnmənin nəticəsində hər hansı dağıntı və ya təlafatın olması barədə məlumat yoxdur.

İlkin məlumatlara əsasən zəlzələ ətraf rayon və şəhərlərdə də hiss olunub.

Yerin titrəməsi Şəkidə Rixter şkalası ilə 3 bala yaxın hiss olunub.






Fikirlər