14.04.2014. - Azərbaycanda zəlzələ oldu
Zəlzələnin episentri yerin 10 km dərinliyində, gücü isə 2,9 bal olub
AzerTaym.az xəbər verir ki, anspress-in Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, ötən axşam Sədərəkdə yeraltı təkan qeydə alınıb.
Yeraltı təkan aprelin 12-si axşam saatlarında - Bakı vaxtilə 20:47-də Sədərək ərazisində baş verib. Zəlzələnin episentri yerin 10 km dərinliyində, gücü isə 2,9 bal olub.
Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, ötən iki gündə Xəzərin Azərbaycan sektorunda bir neçə yüngül yeraltı təkanlar qeydə alınıb.