Krım bizim ərazimizdir - Zelenski
“Ukrayna Rusiyanın Krımı işğal etməsini hüquqi cəhətdən tanımır”. “AzerTaym.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib. “Danılası bir şey yoxdur. Bu, bizim Konstitusiyadan kənardır. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir”, - o vurğulayıb. Zelenski əlavə edib: “Krım, suveren ərazilərimiz haqqında söhbət başlayan kimi biz Rusiyanın istədiyi formata - müharibənin uzadılmasına daxil oluruq, çünki hər şeyi tez razılaşdırmaq mümkün olmayacaq”.