"Zelenski Putinlə birbaşa danışıqlara hazırdır" - Andrey Sibiqa

"Zelenski Putinlə birbaşa danışıqlara hazırdır" - Andrey Sibiqa

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müavini Andrey Sibiqa telemarafon zamanı bildirib.

"Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna Prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ ilə bağlı danışmaqdan çəkinmir. Əlbəttə heç bir ultimatum olmadan və qətiyyətlə", - Sibiqa vurğulayıb.

Daha əvvəl Ukrayna mətbuatı bildirib ki, Prezident Zelenski Rusiyanın dövlət başçısı ilə Türkiyədə danışıqlara razılaşıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, habelə şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.






Fikirlər