BMT RUSİYA ƏLEYHİNƏ QƏTNAMƏ QƏBUL ETDİ - Cəmi 5 ölkə Moskvaya dəstək oldu + SİYAHI (Yenilənib)
Xəbər verdiyimiz kimi, BMT Baş Assambleyası xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynaya qarşı hücumunu pisləyən qətnamə qəbul edib. Musavat.com xəbər verir ki, BMT-də Rusiyanın işğalını pisləyən qətnamənin lehinə 141 dövlət səs verib. Onlardan 5 ölkə qətnamənin əleyhinə səs verib: Rusiya, Belarus, Suriya, Şimali Koreya, Eriteriya. 35 ölkə isə bitərəf qalıb: Ermənistan, Çin, Hindistan, Cənubi Afrika, Qazaxıstan, Pakistan, İran, İraq, Kuba, Mərkəzi Afrika, Nikaraqua, Əlcəzair, Banqladeş, Anqola, Boliviya, Burundi, El Salvador, Hindistan, Qırğızıstan, Mali, Madaqaskar, Monqolustan, Mozambik, Namibiya, Seneqal, Sudan, Cənubi Sudan, Şrilanka, Tacikistan, Uqanda, Ekvatorial Qvineya, Konqo, Zimbabve, Vyetnam, Tanzaniya və Laos. Azərbaycan, Türkmənistan, Özbəkistan, Mərakeş, Toqo, Qvineya, Birkino Faso, Efiopoya və Venesuela təmsilçiləri isə iclasda iştirak etməyib. *** BMT Baş Assambleyası xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynaya qarşı hücumunu pisləyən qətnamə qəbul edib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. Bundan əvvəl Rusiya Federasiyası məzmunca oxşar sənədi dünya təşkilatının Təhlükəsizlik Şurasında bloklayıb. Baş Assambleyanın qətnaməsi hüquqi qüvvəyə malik deyil. Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Həbri əməliyyatların gedişində hər iki tərəfdən xeyli sayda hərbçi həlak olub və ya yaralanıb. Müharibə xüsusən Ukraynaya fəlakətlər bəxş edib. Bu ölkənin xeyli sayda dinc sakini həlak olub və yaralanıb, şəhərlərin infrastrukturuna ciddi ziyan dəyib.