Putinin gizli tətil cənnəti ortaya çıxdı (FOTOLAR)
İngiltərənin “Daily Mail” qəzeti Rusiya prezidenti Vladimir Putinin Vyborq bölgəsində ildə bir dəfə istirahət etdiyi iddia edilən lüks bir villanın fotoşəkillərini paylaşıb. PRESSDAY.az-ın verdiyi xəbərə görə, Finlandiya sərhədinə yalnız 12 mil məsafədə olduğu bildirilən villanın içi olduqca lüksdür.
Kremldən hər hansı bir rəsmi açıqlama verilməsə də, mülkün Putinin yaxın bir dostuna məxsus olduğu, ancaq Putin tərəfindən bərpa edilərək istifadə edildiyi qeyd olunub.
Villanın içində üzgüçülük hovuzu, sauna, bilyard zalı kimi sahələr var.
Putinin ildə ən az bir dəfə, yəqin ki, gizli bir şəkildə buraya gəldiyi bildirilir.
1913-ci ildə finlandiyalı memar Uno Ullberg tərəfindən inşa edilən bina, 1913-ci ildə “Şerlok Holms” filminin çəkildiyi səhnələri ilə tanınır.
Rusiya mətbuatına danışan bir mənbə, Putinin 2010-ci ildən bəri burada inşaat işlərinin başlatdığını söyləyib.