Putinin keçmiş arvadının əri 7 milyonluq VİLLA ALDI
Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Putinanın yeni əri sayılan Artur Oçeretnıy Fransada villa sahibidir. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi Oçeretnıyın Fransanın Atlantik okeanı sahilində 6-7 milyon avro dəyərində villaya sahib olduğunu müəyyən edib. Mərkəzin məlumatına görə, villanın sahəsi 450 kvadrat metrdir və 4 yataq, musiqi, bilyard və qonaq otağından ibarətdir. Artur Oçeretnıyın “Ədəbiyyat tədrisi” nəşriyyatının və “Şəxsiyyətlərarası Kommunikasiya Mərkəzi”nin sahibi olduğu bildirilir.