PUTİNİN sevgilisinə daha bir VƏZİFƏ verildi

 

Rusiyanın Milli Media Qrup QSC “Sport-Ekspress”in səhmlərinin 25%-ni əldə edib.

  AzerTaym.az xəbər verir ki, bu barədə informasiya Milli Media Qrup Qapalı Səhmdar Cəmiyyətinin bəyanatında yer alıb. Hələlik, tərəflər arasında imzalanan müqavilənin şərtləri açıqlanmır. Rusiya KİV-nin məlumatına görə, “Sport-Ekspress”in Direktorlar Şurasının sədri vəzifəsini bundan sonra Rusiya Prezidenti Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva yerinə yetirəcək.

 Qeyd edək ki, Kabayeva həm də 2014-cü ildən Milli Media Qrup Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının rəhbəridir. Bu media-holdinq öz tərkibində “İzvestiya” qəzeti, Ren TV, “Layfnyus” televiziyalarını və digər KİV-ləri birləşdirir.

 “Sport-Ekspress” 1991-ci ildə təsis edilib. Qurumun ən məşhur orqanı “Sport-Ekspress” qəzetidir. Qəzet dünyanın 32 şəhərində çap edilir. 

 






Fikirlər