PUTİNDƏN “QIZIL” PLAN – DOLLAR ZƏİFLƏYƏCƏK

PUTİNDƏN “QIZIL” PLAN – DOLLAR ZƏİFLƏYƏCƏKRusiyanın son dövrlərdə qızıl ehtiyatlarını artırması ekspertlərin diqqətindən qaçsa da, Almaniyanın Die Welt qəzeti maraqlı iddia ilə çıxış edib. 

Nəşr Putinin bir planı olduğunu yazıb, məqsəd isə dolları zəiflətməkdir. Qəzet bütün iqtisadi çətinliklərə baxmayaraq, qızıl ehtiyatlarını artırmağa çalışan Rusiyanın bununla sanskiyalara qarşı da qorunmağa çalışdığını qeyd edib. Lakin bu cür kütləvi qızıl ehtiyatı artımının heç bir iqtisadi səbəbi olmadığını yazan nəşr, Putinin başqa planı olduğuna işarə edib : “Bu, dolların hakimiyyətinə səssiz hücumdur. Vladimir Putin təntənəsiz şəkildə, amma böyük miqdarda qızıl alır. Yanvarda qızıl ehtiyatları uzun zamandan sonra ilk dəfə tam 20 ton artırıldı. Hazırda Rusiyanın qızıl rezervi 1300 tondan yuxarıdır. Siyasətçilər Moskva ilə Qərb arasında yeni soyuq savaşın başlamasından qorxur. Halbuki müharibə uzun zamandır iqtisadi sektorda başlayıb”. Nəşr Putinin ABŞ və Avropanın üstünlüyünü əllərindən almaq niyyətində olduğunu vurğulayıb: “Qızıl alan, Qərb valyutalarının hakimiyyətini azaldır. Putinin də istədiyi budur. Çünki belə küllü miqdarda alış üçün iqtisadi səbəb yoxdur. Ölkə 1990-cı illərdən bəri ən ağır iqtisadi böhran yaşayır. Rubl getdikcə düşür, hər bir dollar ölkənin xeyrinədir, lakin Putin qızıl ehtiyatlarını artırmağı seçir”. Qeyd edilir ki, Rusiyadan daha aktiv qızıl ehtiyatlarını artıran ölkə Çindir. Çin hazırda 1600 tonluq ehtiyatla ABŞ, Almaniya, İtaliya, Fransadan sonra beşinci yerdədir. Rusiya isə altıncı sıralamada qərarlaşır. \Rusiya KİV\
 


PUTİNDƏN “QIZIL” PLAN – DOLLAR ZƏİFLƏYƏCƏK






Fikirlər