A.Əsgərov nazir müavini oldu, Cavid Qurbanov onun yerinə təyin edildi
Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə A.Əsgərov nəqliyyat nazirinin müavini təyin edilib.
Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə C.Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.