02.05.2014. - E.İsgəndərov görəvdən alındı...sıra kimdə?!
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov vəzifəsindən azad edilib.
"AzerTaym.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.
Məlumat üçün qeyd edək ki, E.İskəndərov Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdi.