05.03.2014. - Ş.Hacıyev rektorluqdan çıxarıldı

05.03.2014. -  Ş.Hacıyev rektorluqdan çıxarıldıAzərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub.

AzerTaym.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb və sərəncam yaxın saatlarda dərc olunacaq.

Sərəncamda qeyd olunur ki, Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunsun. Prezident həmçinin İqtisad Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verib.

Şəmsəddin Hacıyev 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru idi.

Qeyd edək ki, Şəmsəddin Hacıyev həm də Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.






Fikirlər