28.02.2014. - Kamal Abdulla rektorluqdan çıxarılıb müşavir qoyuldu

28.02.2014. -  Kamal Abdulla rektorluqdan çıxarılıb müşavir qoyulduAzərbaycan prezidenti İlham Əliyev
Kamal Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


APA-nın məlumatına görə, prezidentin digər sərəncamı ilə K. Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.




P.S. Redaksiyamızın ağsaqqalı YOLÇU baba sərəncamı televizorda izlədikdən sonra
alnını qırışdıraraq təəccüblə "multikulturalizm nə mənə şeydi,a bala?-deyə bir sual ünvanladı.Biz də, yerini qoy isitsin yəqin verəcəyimiz ilk sual
elə bu MULTİKULTURALİZM olacax ağsaqqal, deyə kişinin bir təhər nigarançılığına son qoyduq.

P.S.S. Sabahdan respondetlər arasında MULTİKULTURALİZMin nə olduğu haqqında sorğu keçirib maraqlı bir yazı hazırlamağı planlaşdımada qərarlaşdırdıq!






Fikirlər