10.04.2014. - İsgəndər Xəlilovun oğlu Robert Köçəryanın payçı olduğu şirkətdə direktor seçildi

10.04.2014. -  İsgəndər Xəlilovun oğlu Robert Köçəryanın payçı olduğu şirkətdə direktor seçildiİSR Holdinq” şirkətlər qrupunun sahibi, Azərbaycanda milyardlarla dollar həcmində biznes aktivlərinə malik olan İsgəndər Xəlilovun oğlu Rusiyanın ən iri dəmiryol operatorlarından birinin Direktorlar Şurasına daxil olub.

Virtualaz.org saytı Rusiya biznes KİV-lərinə istinadən xəbər verir ki, Rəhman Xəlilov “SQ-Trans” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasına bu ilin martında seçilib. Şirkət məlumatı bir neçə gün əvvəl yayıb.

R.Xəlilov hazırda “İSR Holdinq”in tərkibinə daxil olan “İSR Trans” şirkətinin Direktorlar Şurasının rəhbəridir. “İSR Trans” dəmir yoluyla neft daşımalarını həyata keçirir. Onun parkında 11 minə yaxın sistern var. Şirkət cəmi 19 min müxtəlif təyinatlı vaqon istismar edir.

Bildirilir ki, “SQ-Trans” şirkətinin Direktorlar Şurasına azərbaycanlı oliqarxın oğlu ilə yanaşı Rusiyanın nəhəng maliyyə korporasiyası “Sistema”nın vitse-prezidenti Vsevolod Rozanov və “Başneft”in vitse-prezdenti Denis Stankeviç də seçiliblər. Rəhman Xəlilovla birlikdə onlar “Sistema”nın fəal əməliyyatlar üzrə vitse-prezidenti İqor Busarovu, “Başneft”in loqistika, təchizat və satış üzrə vitse-prezidenti Ruslan Genşi “Federal yük şirkəti” ASC-nin baş direktorunun müavini Yuri Dyakonovu əvəzləyiblər.

“SQ-Trans”ın Direktorlar Şurasına 10 nəfər daxildir. “SQ-Trans” Rusiyanın yüngül mineral xammal və neft daşıyan ən iri dəmir yol operatorlarından biridir. Hazırda şirkətin sərəncamında 35 mindən çox vaqon, o cümlədən sıxılmış qaz daşımaq üçün 17 min sistern və neft daşımaq üçün 14 min sistern var. Şirkətə bərabər payla “Sistema” maliyyə korporasiyası və onun partnyoru “Unirail Holdings” sahiblik edir.

“Sistema” maliyyə korporasiyasına gəldikdə isə onun Direktorlar Şurasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov kimi şəxslər yer alırlar. Bundan əvvəl “Sistema” korporasiyası inquş əsilli rusiyalı neft maqnatı, Putinin qəzəbinə düçar olandan sonra bir müddət Rusiyadan qaçmağa məcbur olan Mixail Qutseriyevin “Russneft” şirkətini almışdı. “Russneft”in isə Azərbaycanda neft aktivlərinin olduğu məlumdur və bu barədə mətbuatda geniş bəhs olunub. Sonradan Qutseriyev şirkətini “Sistema”dan geri almışdı.

“Sistema” korporasiası əvvəllər dövlət mülkiyyətində olan “SQ-Trans” şirkətini 2012-ci ildə keçirilən tenderdə 22.77 milyard rubla alıb. Sonradan şirkətin səhmlərinin yarısı “Sistema”nın offşor şirkəti olan “Unirail Holdings”ə transfer olunub.

İ.Xəlilovun Direktorlar Şurasında Ermənistanın eks-prezidentinin, Azərbaycan ərazilərinin işğalına başçılıq edənlərdən birinin yer aldığı “Sistema” korporasiyasının mülkiyyətində olan “SQ-Trans”ın Direktorlar Şurasına seçilməsi isə azərbaycanlı oliqarxın bu şirkətdə payçı olmasından irəli gəlir. Göründüyü kimi Rusiyadakı azərbaycanlı oliqarxlar üçün biznesin milliyəti yoxdur. Hərçənd ki, R.Köçəryan “Sistema”da cüzi payla təmsil olunur.

10.04.2014. -  İsgəndər Xəlilovun oğlu Robert Köçəryanın payçı olduğu şirkətdə direktor seçildi

Rəhman Xəlilov atasının nəqliyyat biznesini ötən ildən idarə edir. 2013-cü ilin sentyabrında o, “İSR Trans”ın İdarəetmə Şurasının sədri vəzifəsinə təyin olunub. R.Xəlilov 1977-ci ildə Bakıda anadan olub, Cenevrə Beynəlxalq Universitetinin beynəlxalq biznes fakultəsini bitirib. Peşəkar karyerasına atasının yaxın dostu və biznes ortağı Vahid Ələkbərovun “Lukoil” şirkətində treyder vəzifəsi ilə başlayıb.2004-cü ildən etibarən “İSR Holding”in tərkibinə daxil olan və İsveçrədə yerləşən RİROİL neft ticarəti şirkətinə başçılıq edir. R.Hacıyev Azərbaycanın Neftçala şəhərində yod-brom zavodunun yenidən qurulması layihəsinin müəllifidir. Həmin zavod İ.Xəlilovun oğluna məxsusdur.

R.Xəlilov atasının biznes imperiyasında həm də turizm biznesinə rəhbərliyi həyata keçirir. 2011-ci ildə Türkiyənin Bodrum şəhərində ata-oğul xəlilovlara məxsus Hilton BODRUM TÜRKBÜKÜ RESORT & SPA beşulduzlu otelinin açılışı olub. Otelin fəaliyyətinə R.Xəlilov türkiyəli xanımı ilə birlikdə nəzarət edir. O, həm də “İSR Turizm”in İdarəetmə Şurasının sədr müavinidir. Xatırladaq ki, İ.Xəlilov Azərbaycanda “Hilton Baku” oteli də daxil olmaqla bir çox biznes aktivlərinə nəzarət edir.

Virtualaz.org






Fikirlər