Onun saxtası da ruha şəfa verir - Yeni araşdırma
Gülüş təkcə əyləncəli reaksiya deyil, həm də vərdiş oluna bilən bacarıqdır. Gülüşün yoluxucu təsirinin arxasında güzgü neyronları və empatiya mexanizmləri dayanır. Gülmək stresin öhdəsindən gəlməyi asanlaşdırır, əlaqələri gücləndirir və daxili tarazlığı dəstəkləyir. "AzerTaym.az" teleqraf-a istinadən xəbər verir ki, "gülüş yoluxucudur" ifadəsinin güclü psixoloji və neyroelmi əsası var. İnsan beyni, xüsusilə güzgü neyron sistemi başqalarının duyğularını və davranışlarını qavramağa və təqlid etməyə meyllidir. Bunun sayəsində birinin güldüyünü görəndə beynimizdəki eyni əzələlərə siqnal ötürülür və istər-istəməz bu proses emosional yoluxma xarakteri alır. Ağlamaq və ya əsnəmək yayıldığı kimi, gülüş də ətrafa yayılaraq ümumi əhval-ruhiyyə yaradır. Bundan əlavə, avtomatik təqlid davranışı da bu vəziyyətin kökündə dayanır. Beynimiz başqalarının üz ifadələrini müşahidə elədikdə, onları şüuraltı səviyyədə təqlid etməyə meyllidir. Bütün bu mexanizmlər bir araya gələndə gülüşün niyə bu qədər yoluxucu olduğunu və insanların qarşılıqlı əlaqəsində niyə belə güclü rol oynadığını anlamaq mümkün olur. Uşaqlar böyüklərdən daha çox gülürlər. Bu təbii meyl yetkinlik dövründə itə bilər. Uşaqlar dünyanı kəşf etmə prosesində maraq, oyun və təxəyyüllə iç-içə olduqları üçün gündə dəfələrlə gülə bilirlər. Böyüklər isə təbii rol, sosial funksiya, stres səbəbiylə anın sevincini sərbəst şəkildə yaşaya bilmirlər. Daxili sevinci bərpa etmək üçün həyatımıza daha şüurlu şəkildə yumor və oyun daxil etmək, kiçik şeylərdən zövq almağı və özümüzə və ətrafımıza qarşı daha çevik və şəfqətli olmağı öyrənmək vacibdir.