“Delta” DƏHŞƏT SAÇIR: Azərbaycanda uşaqlar arasında YOLUXMA ARTIB...

“Delta” DƏHŞƏT SAÇIR: Azərbaycanda uşaqlar arasında yoluxma artıb

İlk dəfə Hindistanda aşkarlanan, dünyanın bir çox ölkəsində yayılan “Delta” ştammı təhlükəsi Azərbaycandan da yan keçməyib. Son vaxtlar ölkəmizdə bu ştamma yoluxma sayının artdığı bildirilir. 

Koronavirusun digər ştammlarından daha təhlükəli və yoluxucu olan “Delta”ya uşaqlar arasında da rast gəlmək olar. Bu hal valideynləri ciddi narahat etməyə başlayıb.

Hazırda uşaqlar arasında yoluxma halları niyə çoxalıb? Azyaşlıları “Delta” ştammından qorumaq üçün hansı addımlar atılmalıdır?

 Pediatr Vaqif Qarayev Modern.az-a bildirib ki, uşaqlar arasında kütləvi yoluxma olmasa da, keçən illə müqayisədə xəstələrin sayında artım müşahidə edilir:

“Keçən illə müqayisə etsək, bu il uşaqlar arasında koronovirus pandemiyasına yoluxma halları artıb. Bunun səbəbi “Delta” ştammının ölkəmizdə sürətlə yayılmasıdır. Çünki “Delta” peyda olduqda bütün dünya çağırış edirdi ki, bu ştamm digərlərinə nisbətdə daha çox yoluxucudur və ən çox uşaqlar arasında yayılır.

Düzdür, ölkəmizdə uşaqlar arasında bu ştamma kütləvi yoxluma yoxdur. Amma getdikcə uşaqların yoluxma faizi arta bilər”.

 






Fikirlər