Rusiya ABŞ qırıcısının vurulmasına görə 15 milyon mükafat verdi...

Rusiya ABŞ qırıcısının vurulmasına görə 15 milyon mükafat verdi

Ukraynada ABŞ istehsalı F-16 qırıcısının vurulmasında iştirak edən rus əsgərlərinə mükafat verilib.

Ölkə.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ukrayna sərhədi yaxınlığında 12 rus əsgərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Amerika istehsalı olan F-16 qırıcısının vurulmasında iştirak edən əsgərlərə 15 milyon rubl, təxminən 195 min dollar (təx.332 min manat) ödənilib. Mükafatın Rusiyanın neft nəhəngi "Fores" tərəfindən maliyyələşdirildiyi bildirilir.

Bundan əvvəl “Fores” şirkətinin baş direktoru Sergey Şmotyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı bildirib ki, onun şirkəti Ukraynada vurulan ilk F-16 qırıcısına görə 15 milyon rubl bonus ödəyəcək.

Qeyd edək ki, şirkət xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya Ordusuna dəstək verir.

Rusiyanın bu addımı sülh danışıqlarının ikinci raundu ətrafında müzakirələrin davam etdiyi vaxta təsadüf edib. Kreml Rusiya nümayəndə heyətinin iyunun 2-də İstanbulda olacağını və onlarla sülh müqaviləsi layihəsini gətirəcəyini bildirib.






Fikirlər