12 milyon maaş alan prezident..

12 milyon maaş alan prezident..Rusiyanın “Rosneft” şirkətinin direktorlar şurası İgor Seçinin bu quruma rəhbərlik müddətini daha beş il artırmaq barədə qərar qəbul edib.

Dövlət şirkətində həmçinin Seçinin prezident kimi alacağı məvacibin məbləği açıqlanıb.

Şuranın məlumatına görə Seçin ayda 15-20 milyon rubl (290-390 min dollar) maaş alacaq. Onun illik məvacibinin 240 milyon rubl (5 milyon dollar) olacağı bildirilib. Xəbər verilir ki, bu rəqəmə illik mükafat da əlavə olunanda 12 milyon dollar edir.

Rusiya mediası bildirir ki, əvvəllər belə məlumatlar gizli saxlanırdı. Nə vaxtsa belə məlumat verdiyinə görə hətta “Forbes” jurnalına qarşı məhkəmə iddiası qaldırılmışdı.






Fikirlər