Sabiq deputat İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyası daxilində müəyyən gərginliklər yaşanır. Partiya sədrl postu uğrunda mübarizə qızışıb və namizədlər arasında qarşılıqlı ittihamlar səsləndirilir.
Məhz bu hadisələr partiyanın bağlanacağı, eləcə də başqa partiya ilə birləşəcəyi ilə bağlə müxtəlif fikirlərin meydana gəlməsinə səbəb olub.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu saytımıza açıqlamsında Ədalət Partiyasının birləşmə bağlı müraciət ediləcəyi halda buna müsbət reaksiya veriləcəyini qeyd edib.
Xatırladaq ki, iki partiya 1996-2000-ci illərdə birlikdə fəaliyyət göstərib.
Modern.az məsələ ilə əlaqədar Ədalət Partiyasının sədr müavini, sədr postuna namizəd Mütəllim Rəhimli ilə əlaqə saxlayıb.
O bildirib ki, hazırda birləşmək təklifinə müsbət baxmır:
"Ədalət Partiyası ilə ADP vaxtilə birləşmiş partiya kimi fəaliyyət göstərib. Birləşmə şərtlərinə uyğun olaraq partiyanın adı ADP olaraq saxlanılıb. Lakin sədr, Ali Məclisin sədri, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri və bir sıra rəhbər vəzifələr Ədalətçilər tərəfindən tutulmuşdu. Daha sonra həmsədrlik institutu yaradıldı. Bu isə özünu doğrultmadı. Nəticədə,ADP ilə Ədalət Partiyası yollarını ayırdı. Hazırda Ədalət Partiyası kifayət qədər sosial bazaya malik partiyalardan biridir. Özünün ideoloji baxışları, siyasi dəsti-xətti var. İlyas müəllim Ədalat Partiyasının müstəqil fəaliyyətini təmin edib və siyasi irsini formalaşdırıb. Ona görə də, hesab edirəm ki, hazırda heç bir birləşməyə ehtiyac yoxdur və siyasi mühit bunu tələb etmir. ADP sədri Sərdar Cəlaloğluna da müsbət fikirlərinə görə təşəkkür edirəm”.
Fikirlər