Sərdar Cəlaloğlu: “Bir neçə partiya öz aramızda RAZILIGA GƏLMİŞİK Kİ...”
Dünən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında ADP sədri Sərdar Cəlaloğlunun sədrliyi ilə KXCP, AXP, Azadlıq Partiyası, BAP, VİP, Ağ Partiyası və ALDP sədrlərinin iştirakı ilə toplantı keçirilib. Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlama verib. Partiya sədri iclasa qatılmaq üçün hər hansı bir blokda təmsilçiliyin vacib olmadığını deyib. “Biz bir neçə partiya öz aramızda razılığa gəlmişik ki, dövrü olaraq siyasi məsləhətləşmələr edək. Dünən ilk yığıncağımız olub. İclasda ölkədə və dünyada gedən ictimai-siyasi proseslər hərtərəfli və geniş təhlil edilib”. Sərdar Cəlaloğlu yeni müxalifət blokunun yarana biləcəyini də bildirib. “ Niyə də yaranmasın. Mən bütün müxalifətin adından danışa bilmərəm. Əlbəttə ki, kim istəsə yeni bir blok da yarada bilər. Bu Azərbaycanda gedən siyasi proseslərdən asılıdır”.