...BAŞLANDI !!!

...BAŞLANDI !!!Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycanda müxalifət partiyalarının rəhbərləri ilə görüşür.

Görüşdə müxalifəti Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Qüdrət Həsənquliyev, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Kommunist Partiyasının sədri Rauf Qurbanov təmsil edir.
Tədbirə PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov və həmin şöbənin sektor müdiri Elman Paşayev də qatılıblar.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, siyasi partiyalarla görüşümüz ənənə halını almaqdadır: “Bu görüşlərdə siyasi partiyalarla hakimiyyət arasında gələcək görüşlərin bəzi məsələlərini müzakirə etdik. Görüşlərdən bu məsələlər ətrafında cəmiyyətə çatdıracağımız fikirlər, ideyalar, siyasi partiyalarla hakimiyyətin əməkdaşlığının bəzi prinsipial məsələləri, siyasi partiyaların Azərbaycan cəmiyyətində rolu, partiyalarda təmsilçilik, onların maliyyələşdirilməsi, partiya və mətbuat, bir sözlə çoxsaylı məsələlər ətrafında burada çıxışlar oldu. Açığı deyim ki, hər bir çıxışda rasional ideyalar var idi. Bu ideyaların hamısı PA tərəfində qeydiyyata alındı və gələcək toplantımızda bu məsələlərə qayıdacağıq”.

Ə.Həsənov qeyd edib ki, bu gün keçirilən görüşdə dəqiq olaraq hansısa tematikanın müzakirə olunacağı dəqiq müəyyən olunmayıb: "Bu gün mətbuat qarşısında hər şeyi müzakirə edə bilməyəcəyik. Siyasi partiyalarla hakimiyyət arasında istənilən mövzu müzakirə oluna bilər. Çünki bu iki institut dövlətin taleyini müəyyən edir. Hazırda hakimiyyətlə, müxalifət arasında istənilən məsələlər müzakirə oluna bilər”.






Fikirlər