14.05.2014. S.Müslümov yoxlamaları davam etdirir

14.05.2014.  S.Müslümov yoxlamaları davam etdirir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəssisələrdə əmək müqaviləsinini bağlanılmasına dair vəziyyəti yoxlayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev virtualaz.org saytına bildirib ki, ötən ay aparılmış yoxlamalar nəticəsində 10 946 manat gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Qeyd edək ki, ödənilən 10946 manatın 9129- manatı əməkhaqları, 612-manatı zərərə görə ödənişlər, 1205 manatı isə sosial müavinət və kompensasiyalar olub.

Bundan əlavə, ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 562 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlanılması təmin edilib.






Fikirlər