Səlim Müslümov əhali ilə görüşəcək

Səlim MüslümovSəlim Müslümov
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 6-da Siyəzən rayonunda vətəndaşları qəbul edəcək. ƏƏSMN-nin mətbuat xidmətindən Azertaym.az-a verilən məlumata görə, görüşdə Siyəzənlə yanaşı Şabran, Quba, Qusar, Xaçmaz, Xızı rayonlarının sakinləri də iştirak edəcəklər.

Qəbulda iştirak edəcək vətəndaşların nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılan nəqliyyatla Siyəzənə aparılıb, gətirilmələri təmin ediləcək.

Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə Nazirliyin Aparatında (012) 541 98 05, Quba - (023-33) 5-39-79, Qusar - (023-38) 5-25-43; 5-33-45, Xaçmaz - (023-32) 3-34-11; 5-38-73, Şabran - (023-35) 3-27-92; 3-24-81, Siyəzən - (023-30) 4-06-34, Xızı - (023-31) 5-02-18; 5-02-18 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.






Fikirlər