Hesablama Palatası yoxlamalar aparıb

Hesablama Palatasında kollegiya iclası keçirilib. Azertaym.az-ın Hesablama Palatasının saytına istinadən verdiyi məlumata görə, iclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondundan Xızı rayon İcra Hakimiyyətinə, dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, Ağstafa və Astara rayonları üzrə dövlət torpaq fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü müzakirə olunub. Həmçinin sadalananların istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğuna dair auditin nəticələri üzrə Hesabat və Rəylər geniş müzakirə olunaraq təsdiq edilib. Nəhayət nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin, Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə,Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan dövlət büdcəsi vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, habelə “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölmələri (Şəki regional logistik bazası və Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair Audit proqramları da təsdiq olunub.


Hesablama Palatası yoxlamalar aparıb






Fikirlər