907-ci düzəliş ləğv edilsin!

Sosial Hüquqların Monitorinq Qrupu ABŞ-ı ədalətli qərar çıxarmağa çağırıb
907-ci düzəliş ləğv edilsin!

Sosial Hüquqların Monitorinq Qrupu dekabrın 6-da, saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində tədbir düzənləyəcək. Bu barədə Azertaym.az-a qrupun rəhbəri Azad İsgəndərli məlumat verib.
O bildirib ki, tədbiri keçirmələri ABŞ Konqresinin 20 il əvvəl qəbul etdiyi və hələ də qüvvədə olan 907-ci düzəlişin ləğvi ilə bağlıdır. İsgəndərli deyib ki, 1992-ci ildə qəbul edilmiş düzəliş Azərbaycanın dəbə-baba torpaqları olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal edilməsini inkar etməklə yanaşı, həm də ölkəmizə birbaşa dövlət yardımlarını yasaqlayıb. «Sosial Hüquqların Monitorinq Qrupu olaraq həmin düzəlişə yenidən baxılmasını və götürülməsini, ABŞ-ın Azərbaycana olan ikili münasibətinə son verilməsini, Dağlıq Qarabağdan, ümumilikdə 20 faiz işğal altında olan torpaqlarımızdan didərgin salınmış bir milyondan artıq insanımızın haqqını tanımasını tələb edirik. Həmçinin ABŞ prezidentindən xahiş edirik ki, adıçəkilən sənədin hüquqi qüvvəsinin dayandırılması ilə bağlı Konqres tərəfindən ona verilmiş olan səlahiyyətlərindən istifadə edərək müvafiq sənəd imzalasın».






Fikirlər