Əsas Səhifə > Əsas xəbərlər > “250 min verməsən, səni “podvala” göndərəcəyik” – Elşad Abdullayevin
“250 min verməsən, səni “podvala” göndərəcəyik” – Elşad Abdullayevin18-01-2017, 20:41 |
Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib. İclas Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin binasında keçirilir. Proses başlamazdan əvvəl jurnalistlərə açıqlama verən Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, müdafiə etdiyi şəxs ötən proses zalda olan jurnalistə irad bildirib: “Həmin adam da dedi ki, zərərçəkmiş şəxsin nümayəndəsiyəm. Bu zaman Çovdarov dedi ki, həmin şəxs məhkəmədə olanları qərəzli yazır. Ona görə digər jurnalistlər də zala buraxılsın. Bizim də ötən proseslərdə bununla bağlı vəsatətlərimiz olub. Hakim Həbib Həsənov isə bildirib ki, jurnalistlərin zala buraxılmamasına heç bir məhdudiyyət yoxdur”. Vəkilin açıqlamasından sonra jurnalistlər məhkəməyə daxil olmaq istəsə də, girişdə olan nəzarətçilər onları buraxmayıb. Bildiriblər ki, hakim jurnalistlərin zala buraxılmaması haqqında göstəriş verib.
Proses başlayanda vəkillər jurnalistlərin yenə də zala buraxılması ilə bağlı Həbib Həsənova müraciət edib. Hakim isə bildirib ki, nəzarətçilərə elə bir göstəriş verilməyib. Proses haqqında jurnalistlərə Səlim Məmmədovun vəkili Cavid Rzazadə məlumat verib. O bildirib ki, prosesdə Nərimanov rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin kiçik inspektoru olmuş Neyman Kərimov sərbəst ifadə verib. Onun məhkəmədə verdiyi ifadə ilə istintaqa ifadəsi arasında ziddiyyət olub. Belə ki, şahid istintaqda Akif Çovdarovu tanımadığını desə də, məhkəmədə Çovdarovu tanıdığını və hətta görüşdüyünü bildirib. İstintaqa zərərçəkmiş şəxs qismində dindirilən Kərimov Neman Süleyman oğlu ifadəsində göstərib ki, 2009-cu ilin avqust-dekabr aylarında, axşam saat 11-12 radələrində dayısı oğlu Mövsümov Elvin Zakir oğlu və 2 qız tanışı ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Elit» otelinə gedib orada istirahət ediblər: “Səhəri gün saat 11-12 radələrində Elvinlə birlikdə qaldığımız otelin qapısı döyüldü, qapını açdıq. Daha sonra bir neçə nəfər şəxs otağa daxil oldu. Onlardan biri – hündür boylu, idmançı bədən quruluşlu olanı cibindən vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu bildirdi və nazirliyə getməli olduğumuzu dedi. Bizi nazirlyə gətirdilər. Səlim Məmmədov və Elçin Çıraqov oraya gəldilər. Elçin Çıraqovu və Səlim Məmmədovu görən kimi dərhal tanıdım. Belə ki, Elçin Çıraqovla Nərimanov rayon Polis İdarəsində işləyərkən tanış olmuşdum. MTN-nin Nərimanov rayon idarəsi və Nərimanov RPİ-i eyni binada yerləşdiyi üçün Elçin Çıraqovla tez-tez qarşılaşıb görüşürdük. Səlim Məmmədovla isə təxminən 2006-cı ildə Elçinin oğlunun ad günü mərasimində Nərimanov rayonunda yerləşən «Şəki» restoranında tanış olmuşam”.
Bir qədər sonra Sevinci otağa gətirdilər və o, mənim üzümə qarşı 30 min manat pulu borc aldığımı təsdiq etdi. Səlim və Elçinlə uzun alverdən sonra 80 min manata razılaşdıq. Dedilər ki, 30.000 manat Sevincə verəcəksən, 50.000 manat pulu isə onlara. Başqa çıxış yolum olmadığımı görüb dayım oğlu Zakir Mövsümova zəng elədim. Dayımoğlu pulu gətirdi. Pulu Səlimə və Elçinə verdim” (lent.az).
Geri qayıt |