Əsas Səhifə > Əsas xəbərlər > Məlahət İbrahimqızı: “Bəzi deputatlar reproduktiv
Məlahət İbrahimqızı: “Bəzi deputatlar reproduktiv28-02-2017, 15:49 |
Millət vəkili Məlahət İbrahimqızı “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul olunmasının əleyhinə olan bəzi deputatları və ginekoloqları tənqid edib. APA-nın xəbərinə görə, millət vəkili 2007-2015-ci illər üzrə Azərbaycan əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş işçi görüşdə deyib ki, bu günə qədər qanun layihəsi ilə bağlı müxtəlif tədbirlər keçirilsə də, bəzi deputatlar reproduktiv sağlamlığın fəlsəfəsini, mahiyyətini ya bilmirlər, ya bilmək istəmirlər, ya da qəbul etmirlər. Deputat qeyd edib ki, 125 millət vəkilinin 20%-ə qədəri qadınlar olsa da, bütün qanunların müzakirəsi və qəbulunda əsas üstünlüyü kişi deputatlar təşkil edir: “Reproduktiv sağlamlıq dedikdə o saat deyirlər ki, milli dəyərlərə ziddir. Bununla da qanunun ikinci oxunuşda qəbuluna problemlər yaradırlar. Qanunda ancaq surroqat ana məsələsi gündəmə gəlir”. Geri qayıt |