Əsas Səhifə > Əsas xəbərlər > “METAK” ŞİRKƏTİNİN PREZİDENTİNİN oglunu ogurlayıblar –
“METAK” ŞİRKƏTİNİN PREZİDENTİNİN oglunu ogurlayıblar –14-04-2017, 19:50 |
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmədə cinayət üzrə iki epizoda baxıldı və həmin epizodlar üzrə zərərçəkmişlərlə şahidlər ifadə verdi.Virtualaz.org xatırladır ki, hələ hazırlıq iclasında etdiyi çıxışda təqsirləndirilən Füzuli Əliyev bütün ittihamların bir yana, “Araz-Plast” şirkəti ilə bağlı ittihamın bir yana olduğunu demişdi. O, dövlət ittihamçılarından həmin epizoda yalnız hüquqşünas kimi deyil, bir azərbaycanlı kimi də yanaşmağı xahiş etmişdi. Dünən həmin epizod üzrə ifadələr verildi. “Erməniyə dedim ki, ölkələr arasında bank əməliyyatları mümkün deyil” Zərərçəkmiş Elman Muradov ifadəsində bildirib ki, “Araz-Plast” şirkətinin təsisçisi və Türkiyədə təsis etdiyi “Elbor” şirkətinin direktorudur. Elman Muradov ifadəsində qeyd etdi ki, Hövsanda yerləşən istehsal sahəsinə yüksək gərginlikli elektrik xətti çəkdirmək istəyib və qonşuluqda yerləşən beton zavodunun müdiri olan Yalçın adlı şəxs bu işi MTN-də işləyən Natiq Alıyevin həll edə biləcəyini bildirib. Vəkil: Deyirsiniz ki, erməni Artur sizə zəng edib. Ona nə cavab verirdiniz? Zərərçəkmiş: Mən onu telefonda təhqir edirdim və bildirdim ki, mənə zəng etməsin. Özüm ermənilərin işğal etdiyi rayondanam, düşmənlə nə əlaqəm ola bilərdi? Vəkil: Amma telefon danışıqlarınızın siyahısından görünür ki, siz onunla dəfələrlə 3-5 dəqiqə ərzində danışmısınız. Sözünüzü demişdinizsə, sonra niyə hər dəfə dəstəyi qaldırıb onunla söhbət edirdiniz? Vəkil Adil İsmayılov isə zərərçəkmişə daha konkret sualla müraciət etdi: “Elman Muradov, hesab edirsiniz ki, sizin Ermənistanda yaşayan şəxslə telefon danışıqlarınız xüsusi xidmət orqanlarının sizinlə maraqlanmasına əsas yaradır?” “Tapançasını çıxararaq, nümayiş etdiridi” Epizod üzrə ifadə vermiş digər zərərçəkmiş, “Araz-Plast” şirkətinin baş mühasibi Şahin Həsənov, Şahidlər Qəhrəman Əbişov və Sərdar Muradov bildirdilər ki, zərərçəkmiş Elman Muradov vətənpərvər adamdır və ermənilərlə heç bir əlaqəsi olmayıb.
Elman Muradovun qardaşı, şirkətin Zığdakı istehsal sahəsində sex rəisi işləyən şahid Sərdar Muradov ifadəsində qeyd etdi ki, sexdə axtarış vaxtı təqsirləndirilən Natiq Alıyev özünü çox aqressiv aparıb və tapançasını çıxararaq, nümayiş etdirib. Şirkət prezidentinin oğlu niyə oğurlandı? Cinayət işinin növbəti epizodu üzrə ifadə vermiş zərərçəkmiş Aydın Kərimov bildirib ki, o, “Metak” plastik boru istehsalı üzrə ixtisaslaşmış şirkətin direktorudur. Zərərçəkmişin sözlərinə görə, 2015-ci ildə ona zəng etmiş MTN əməkdaşı nazirliyə gəlməyin lazım olduğunu bildirib. Virtualaz.org xatırladır ki, MTN generalı Akif Çovdarovun və idarə rəislərinin məhkəməsində “Metak” epizoduna baxılıb və orada bildirilmişdi ki, şirkətin nümayəndələri nazirliyə ofşor zonalarındakı hesablara bir neçə milyon dollarlıq köçürmələrlə bağlı dəvət edilmişdilər. Sonradan rəhbərliyin göstərişi ilə məsələ bağlanıb və “Metak” təsisçisi Alik Kərimov təqsirləndirilən Akif Əliyevə 10 min dollar verərək, sərbəst buraxılıb. Həmin iclasda Alik Kərimov təqsirləndirilənlərə qarşı heç bir şikayətinin və iddiasının olmadığını bildirmişdi. Dünənki iclasa qayıdaraq bildirək ki, zərərçəkmiş Aydın Kərimov sözlərinə belə davam edib: “Bundan bir neçə gün sonra səhər işə gedərkən, yolda iki nəfər mənə yaxınlaşdı və MTN-ə apardılar. Avtomobilim dayanacaqda qaldı”. Epizod üzrə digər zərərçəkmiş, “Metak” şirkətinin prezidenti Alik Kərimov oğlu Aydın Kərimovun MTN-ə aparıldığı vaxt Rusiyada müalicədə olduğunu bildirib. “Mənə zəng etdilər ki, Aydın itib. Dərhal tanıdığım adamlara zəng etdim, nəhayət, MTN-dən dedilər ki, oğlum nazirlikdədir. Adını çəkmək istəmədiyim bir yaxın şəxsə zəng edərək, oğlumun buraxılmasını, dərhal Bakıya qayıdacağımı və bütün məsələlərə görə şəxsən cavab verməyə hazır olduğumu dedim”, – A.Kərimov vurğulayıb. “Puldan əlavə, Füzuli Əliyev mənə tikinti materialları siyahısı verdi və həmin siyahıya uyğun olaraq, anbardan 35 min dollarlıq mal buraxdım”, – Alik Kərimov deyib.
Geri qayıt |