“METAK” ŞİRKƏTİNİN PREZİDENTİNİN oglunu ogurlayıblar – “500 min dollar TƏLƏB ETDİLƏR”

n_cover_56

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məhkəmədə cinayət üzrə iki epizoda baxıldı və həmin epizodlar üzrə zərərçəkmişlərlə şahidlər ifadə verdi.Virtualaz.org xatırladır ki, hələ hazırlıq iclasında etdiyi çıxışda təqsirləndirilən Füzuli Əliyev bütün ittihamların bir yana, “Araz-Plast” şirkəti ilə bağlı ittihamın bir yana olduğunu demişdi. O, dövlət ittihamçılarından həmin epizoda yalnız hüquqşünas kimi deyil, bir azərbaycanlı kimi də yanaşmağı xahiş etmişdi. Dünən həmin epizod üzrə ifadələr verildi.

“Erməniyə dedim ki, ölkələr arasında bank əməliyyatları mümkün deyil”

Zərərçəkmiş Elman Muradov ifadəsində bildirib ki, “Araz-Plast” şirkətinin təsisçisi və Türkiyədə təsis etdiyi “Elbor” şirkətinin direktorudur.
“2014-cü ilin sentyabr ayında Gürcüstanda sərgidə idik. Bizim stendə çox qəribə tərzdə bir neçə azərbaycanlı yanaşdı və daha çox mənim şəxsiyyətimlə bağlı suallar verdilər. Həmin vaxtlar mənə bir xarici telefon nömrəsindən zənglər daxil olmağa başlamışdı. Əvvəlcə elə bildim ki, zəng edən Makedoniyadandır. Çünki rus dilində danışır və nömrəsinin kodu 3 rəqəmi ilə başlayırdı. Sonradan isə məlum oldu ki, zəng edən Artur adlı şəxs ermənidir”, – E.Muradov deyib.
Makedoniyanın beynəlxalq telefon kodu 389, Ermənistanınkı isə 374-dür.
“Mənim Türkiyə telefon nömrəmə zəng edən şəxs Ermənistana Gürcüstan vasitəsilə məhsul göndərilməsini xahiş edirdi. Ona bildirdim ki, Türkiyə ilə Ermənistan arasında bank köçürmələri mümkün deyil, buna görə də, belə əməliyyatları həyata keçirmək olmaz”, – zərərçəkmiş sözlərinə davam edib.

188904_src

Elman Muradov ifadəsində qeyd etdi ki, Hövsanda yerləşən istehsal sahəsinə yüksək gərginlikli elektrik xətti çəkdirmək istəyib və qonşuluqda yerləşən beton zavodunun müdiri olan Yalçın adlı şəxs bu işi MTN-də işləyən Natiq Alıyevin həll edə biləcəyini bildirib.
“Bundan sonra Natiq müəllimlə telefonla danışdım və o, məni MTN-in yaxınlığındakı “Sultan” kafesinə dəvət etdi. Söhbət zamanı mən ermənilərlə işbirliyində ittiham olundum. Bir xeyli araşdırmadan sonra şirkətin ofislərinə baxış keçirildi. Zığda yerləşən sexdə seyfdən təqsirləndirilən Zaur Məmmədovla Natiq Alıyev 80 min manat pulu götürdülər. Həmin gündən sonra məni 3 gün MTN-də saxladılar və daha sonra sərbəst buraxdılar”, – Elman Muradov qeyd edib.
Vəkillər zərərçəkmişə xeyli maraqlı suallarıla müraciət etdilər.

Vəkil: Deyirsiniz ki, erməni Artur sizə zəng edib. Ona nə cavab verirdiniz?

Zərərçəkmiş: Mən onu telefonda təhqir edirdim və bildirdim ki, mənə zəng etməsin. Özüm ermənilərin işğal etdiyi rayondanam, düşmənlə nə əlaqəm ola bilərdi?

Vəkil: Amma telefon danışıqlarınızın siyahısından görünür ki, siz onunla dəfələrlə 3-5 dəqiqə ərzində danışmısınız. Sözünüzü demişdinizsə, sonra niyə hər dəfə dəstəyi qaldırıb onunla söhbət edirdiniz?

Vəkil Adil İsmayılov isə zərərçəkmişə daha konkret sualla müraciət etdi: “Elman Muradov, hesab edirsiniz ki, sizin Ermənistanda yaşayan şəxslə telefon danışıqlarınız xüsusi xidmət orqanlarının sizinlə maraqlanmasına əsas yaradır?”
Zərərçəkmiş bu sualı anlamadığını bildirdi.

 “Tapançasını çıxararaq, nümayiş etdiridi”

Epizod üzrə ifadə vermiş digər zərərçəkmiş, “Araz-Plast” şirkətinin baş mühasibi Şahin Həsənov, Şahidlər Qəhrəman Əbişov və Sərdar Muradov bildirdilər ki, zərərçəkmiş Elman Muradov vətənpərvər adamdır və ermənilərlə heç bir əlaqəsi olmayıb.

mtn-milli-tehlukesizlik-nazirliyi-milli-tehlukesizlik-nazirliyi
Şahid Şahin Həsənov ifadəsində MTN-ə aparıldığını və bir müddət sonra sərbəst buraxıldığını qeyd etdi: “Mən keçirdiyim mənəvi əzaba görə 10 min manat təzminatın ödənilməsini tələb edirəm”.

Elman Muradovun qardaşı, şirkətin Zığdakı istehsal sahəsində sex rəisi işləyən şahid Sərdar Muradov ifadəsində qeyd etdi ki, sexdə axtarış vaxtı təqsirləndirilən Natiq Alıyev özünü çox aqressiv aparıb və tapançasını çıxararaq, nümayiş etdirib.
Təqsirləndirilən Füzuli Əliyev epizod üzrə bütün şahidlərin ifadəsi dinlənildikdən sonra bu məsələ ilə bağlı geniş ifadə verəcəyini bildirdi: “Bu, çox prinsipial epizoddur, Xahiş edirəm, məhkəmə ifadəmi verdiyim vaxt Elman Muradovun burada olmasını təmin etsin”.

Şirkət prezidentinin oğlu niyə oğurlandı?

Cinayət işinin növbəti epizodu üzrə ifadə vermiş zərərçəkmiş Aydın Kərimov bildirib ki, o, “Metak” plastik boru istehsalı üzrə ixtisaslaşmış şirkətin direktorudur. Zərərçəkmişin sözlərinə görə, 2015-ci ildə ona zəng etmiş MTN əməkdaşı nazirliyə gəlməyin lazım olduğunu bildirib.
“MTN-də bizim kuratorumuz Akif Əliyev idi. Buna görə də, mən ona zəng vurub belə bir məsələnin olduğunu dedim. O, məni sakitləşdirərək, bizim artıq pul verdiyimizi və narahatlığa səbəbin olmadığını qeyd etdi”, – A.Kərimov deyib.

maxresdefault

Virtualaz.org xatırladır ki, MTN generalı Akif Çovdarovun və idarə rəislərinin məhkəməsində “Metak” epizoduna baxılıb və orada bildirilmişdi ki, şirkətin nümayəndələri nazirliyə ofşor zonalarındakı hesablara bir neçə milyon dollarlıq köçürmələrlə bağlı dəvət edilmişdilər. Sonradan rəhbərliyin göstərişi ilə məsələ bağlanıb və “Metak” təsisçisi Alik Kərimov təqsirləndirilən Akif Əliyevə 10 min dollar verərək, sərbəst buraxılıb. Həmin iclasda Alik Kərimov təqsirləndirilənlərə qarşı heç bir şikayətinin və iddiasının olmadığını bildirmişdi.

Dünənki iclasa qayıdaraq bildirək ki, zərərçəkmiş Aydın Kərimov sözlərinə belə davam edib: “Bundan bir neçə gün sonra səhər işə gedərkən, yolda iki nəfər mənə yaxınlaşdı və MTN-ə apardılar. Avtomobilim dayanacaqda qaldı”.
O qeyd edib ki, MTN-də bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Epizod üzrə digər zərərçəkmiş, “Metak” şirkətinin prezidenti Alik Kərimov oğlu Aydın Kərimovun MTN-ə aparıldığı vaxt Rusiyada müalicədə olduğunu bildirib. Mənə zəng etdilər ki, Aydın itib. Dərhal tanıdığım adamlara zəng etdim, nəhayət, MTN-dən dedilər ki, oğlum nazirlikdədir. Adını çəkmək istəmədiyim bir yaxın şəxsə zəng edərək, oğlumun buraxılmasını, dərhal Bakıya qayıdacağımı və bütün məsələlərə görə şəxsən cavab verməyə hazır olduğumu dedim”, – A.Kərimov vurğulayıb.
Zərəçəkmişin sözlərinə görə, ilk təyyarə ilə Bakıya qayıdıb və MTN-in yaxınlığındakı “Naxçıvan” restoranında təqsirləndirilən Natıq Alıyevlə görüşüb. Ondan nazirliyə 500 min dollar vermək tələb edilsə də, bu qədər vəsaitinin olmadığını və 50 min dollara razılaşdıqlarını deyib.

fizuli

“Puldan əlavə, Füzuli Əliyev mənə tikinti materialları siyahısı verdi və həmin siyahıya uyğun olaraq, anbardan 35 min dollarlıq mal buraxdım”, – Alik Kərimov deyib.
O, pulu və tikinti materiallarının maddi ekvivalentini – ümumilikdə, 85 min dollar tələb etdiyini bildirib.
Vəkil Adil İsmayılov anbardan aparılan tikinti materiallarının hazırda yerli şirkətlərdən birinin anbarında olduğunu və geri qaytarılmasının mümkünlüyünü vurğuladı. “Həmin materiallar geri qaytarılarsa, bununla bağlı iddianızdan əl çəkəcəksiniz?” sualına zərərçəkmiş təsdiqləyici cavab verdi.
Vəkillərin suallarından o da məlum oldu ki, epizod üzrə sözügedən tarixlərdə telefon əhatə dairələrinin tədqiqinə görə, Natiq Alıyevlə zərərçəkmiş Alik Kərimov heç bir halda eyni ərazidə olmayıblar. Başqa sözlə, onlar faktiki olaraq görüşməyiblər və qeyd olunan məbləğdə pul təqsirləndirilənə ötürülməyib.
Şahidlər İbrahimxəlil Vəkilov və Arif Paşayev “Metak” şirkətində anbardar işlədiklərini və göstərilən tarixlərdə Alik Kərimovun göstərişi ilə 35 min dollarlıq tikinti materialları buraxdıqlarını bildiriblər.
Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının çərşənbə axşamı, aprelin 18-də keçiriləcəyini elan etdi.

 






Fikirlər