Əsas Səhifə > Əsas xəbərlər > "Ekspress"də də mənzil almaq
"Ekspress"də də mənzil almaq6-06-2017, 17:08 |
İyunun 6-da “Ekspress” qəzetinin redaksiyasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirilib. İclası “Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri”nin müəyyənləşdirilməsi, eləcə də həmin qaydalar və şərtlər əsasında sənədlərin qəbulu prosesinin ədalətli və şəffaf şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış Komissiyanın üzvü , Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə izləyib. İclası giriş sözü ilə açan “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov öncə Azərbaycanda mətbuata göstərilən dövlət qayğısından danışıb, bu qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib. Daha sonra iclasa sədrlik edən “Ekspress” qəzetinin baş redaktorun birinci müavini Qalib İbrahimoğlu redaksiyada mənzillərin verilməsi ilə bağlı açıqlanan qaydalara və şərtlərə uyğun gələn əməkdaşların adlarını elan edib. İclasda iştirak edən əməkdaşların bu barədə fikirləri öyrənilib. Daha sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasındakı mənzillərin bölgüsündə “Ekspress” qəzetinin 6 əməkdaşının adının müvafiq Komissiyaya təqdim olunması qərara alınıb. Geri qayıt |