Əsas Səhifə > Əsas xəbərlər > SOCAR-ın avtobusu "Təzadlar"ın bölgə müxbirini
SOCAR-ın avtobusu "Təzadlar"ın bölgə müxbirini25-10-2017, 19:53 |
Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Qazax rayon sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.
Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. Qeyd edək ki, S. Məmmədli tanınmış jurnalist olmaqla bir neçə il "Ədalət" qəzetinin ştatlı əməkdaşı olmuşdur. Son 6-7 il ərzində isə "Təzadlar" qəzetinin Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərirdi, həmçinin "Həftə içi" qəzeti ilə sıx əməkdaşlıq edirdi. Allah rəhmət eləsin! (Tezadlar.az)
Geri qayıt |