SOCAR-ın avtobusu "Təzadlar"ın bölgə müxbirini vuraraq ÖLDÜRÜB...

image here

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Qazax rayon sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.
Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib.
Qeyd edək ki, S. Məmmədli tanınmış jurnalist olmaqla bir neçə il "Ədalət" qəzetinin ştatlı əməkdaşı olmuşdur. Son 6-7 il ərzində isə "Təzadlar" qəzetinin Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərirdi, həmçinin "Həftə içi" qəzeti ilə sıx əməkdaşlıq edirdi.
Allah rəhmət eləsin! 
(Tezadlar.az)
 






Fikirlər