Əsas Səhifə > Əsas xəbərlər > MEHRİBAN ƏLİYEVANIN yeni KÖMƏKÇİLƏRİ KİMLƏRDİR?
MEHRİBAN ƏLİYEVANIN yeni KÖMƏKÇİLƏRİ KİMLƏRDİR?29-08-2018, 13:02 |
Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya köməkçilər təyin olunub. Yeni təyin edilən köməkçilər Emin Hüseynov və Xalid Əhədovdur. Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb. Qeyd edək ki, Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə Lənkəranın Boladi kəndində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib. 1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı Evlidir, üç övladı var.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb. 1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub. Professional fəaliyyəti: 1999-cu ilin mart ayı – «Bank of Baku» – komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri; 2005-ci il – Bank of Baku – idarə heyəti sədrinin müavini; 2012-ci il – Unibank – İcraedici komitənin üzvü; 2015 il – Unibank – İcraçı direktor; 12.07.2016 – “Bank Standard” – Baş direktor; 2.12.2016 – “Azər Türk Bank” – İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı; 10.01.2017 – “Beynəlxalq Bank” – İdarə Heyətinin sədri; 14.03.2018 – “Beynəlxalq Bank” – Müşahidə Şurasının üzvü. Qeyd olunan vəzifələrlə yanaşı, o, “Atəşgah sığorta”nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrinidə icra edib. Xalid Əhədov CFA 3 səviyyəsinə namizəddir. Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur. Geri qayıt |