MEHRİBAN ƏLİYEVANIN yeni KÖMƏKÇİLƏRİ KİMLƏRDİR? - DOSYE

7

Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya köməkçilər təyin olunub. Yeni təyin edilən köməkçilər Emin Hüseynov və Xalid Əhədovdur.

Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək  ki, Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə Lənkəranın Boladi kəndində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.

1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb. 2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində iqtisadçı
2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində iqtsadçı
2003 – 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində ölkə üzrə iqtisadçı
2005 – 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru
2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru
2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı
2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru
2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında, Strategiya və inkişaf məsələləri üzrə prorektor
2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor
2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü.
2016-cı ildən yeni təyinatına qədər isə maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Evlidir, üç övladı var.

xalid11Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilən Xalid Əhədov isə 4 fevral 1980-ci ildə anadan olub. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olub və Barselonada MBA təhsili alıb.

1995-1996-cı illərdə riyaziyyat üzrə Azərbaycan olimpiadasının qalibi olub.

Professional fəaliyyəti:

1999-cu ilin mart ayı – «Bank of Baku» – komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri;

2005-ci il – Bank of Baku – idarə heyəti sədrinin müavini;

2012-ci il – Unibank – İcraedici komitənin üzvü;

2015 il – Unibank – İcraçı direktor;

12.07.2016 – “Bank Standard” – Baş direktor;

2.12.2016 – “Azər Türk Bank” – İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı;

10.01.2017 – “Beynəlxalq Bank” – İdarə Heyətinin sədri;

14.03.2018 – “Beynəlxalq Bank” – Müşahidə Şurasının üzvü.

Qeyd olunan vəzifələrlə yanaşı, o, “Atəşgah sığorta”nın müşahidə şurasının üzvü, Millikart Prosesinq Mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrinidə icra edib.

Xalid Əhədov CFA 3 səviyyəsinə namizəddir.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.






Fikirlər