Əsas Səhifə > Əsas xəbərlər > “Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!”
“Əli İnsanov Qərbi azərbaycanıların adından danışa bilməz!”18-03-2019, 14:20 |
Ölkə Prezidentinin 16 mart 2019-cu il tarixli əfv sərəncamı ilə azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov iddialı bəyanatlar səsləndirib. O, Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edib və siyasətlə məşğul olacağını vurğulayıb. “Bu əziz bayram ərəfəsində mən də çox şadam ki, məhkumlar öz ailələrinə qovuşdular, azadlığa çıxdılar. Ölkə başçısının bu addımını yüksək qiymətləndirirəm, əminəm ki, belə sərəncamların ardı gələcək”. F.Ağamalı bildirib ki, azadlığa çıxan bir çox məhkum əfv olunmalarına görə ölkə başçısına təşəkkür edib və söz veriblər ki, bundan sonra layiqli vətəndaş olacaqlar. F.Ağamalı Əli İnsanovu təşəkkürü başqa səmtə yönləndirməsini belə şərh edib: “Özünün də cilovlaya bilmədiyi emosiya ilə fikir bildirən Əli İnsanov - baxmayaraq ki, ölkə prezidentinin lütfkarlığı, mərhəməti və imzası ilə azadlığa çıxıb – təşəkkürü Amerikaya, Avropaya istiqamətləndirdi. Qərbi azərbaycanlıların Əli İnsanovu özlərinə lider seçməsi ilə bağlı iddialardan danışan Fəzail Ağamalı deyib ki, o, sadəcə olaraq keçmiş səhiyyə naziri kimi və Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri kimi kimi yaddaşlarda qalıb: “Bundan o tərəfə onun adının, soyadının qarşısına nəsə əlavə etməyə ehtiyac yoxdu. Əli İnsanov Qərbi azərbaycanıları ətrafına yığacaq bir potensialda deyil, ola da bilməz. Əgər o xəyallarla yaşayırsa, o xəyalların həyata keçirilməsi üçün heç bir əsas yoxdu. Ola bilsin ki, o, özünün yaxın qohumlarını, məhdud sayda tanışlarını toplayıb bir partiya yarada bilər. Yaratsın görək, bu partiya hansı gücə malikdir. Ancaq birmənalı şəkildə heç kimə mandat verilməyib ki, Qərbi azərbaycanlıların adından danışsın. Bu mandat yalnız ölkə başçısına aiddir. Qərbi azərbaycanlıların əksəriyyəti bu gün cənab Prezidentin yandındadır, onu hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Buna heç kimin şübhəsi olmasın”. Geri qayıt |