Əsas Səhifə > Əsas xəbərlər > CAVİD QURBANOV: "Azərbaycanda dəmir yollarının 60 faizə qədəri
CAVİD QURBANOV: "Azərbaycanda dəmir yollarının 60 faizə qədəri11-10-2019, 13:58 |
"Şimal-Cənub” Nəqliyyat Dəhlizi ilə cari ildə 400 min tondan çox yük daşınıb. Jurnalistlərə o da bildirilib ki, Azərbaycan Dəmir Yollar” QSC bu vaxtadək 30-35 milyon dollarlıq yol tikinti maşınları alıb: “İndiyədək 1000 kilometrədək dəmir yolu təmir olunub. Həmçinin 3100 yeni vaqon alınıb. Azərbaycanda dəmir yollarının 60 faizə qədəri elektrikləşdirilib. O bildirib ki, qalan hissələrdə dizellə işləyən lokomotivlər hərəkət edir." QSC sədri jurnalistlərin sualına cavab olaraq bildirib ki, Qəbələ rayonuna dəmir yolu xəttinin çəkilişində müəyyən yubanmalar var: "Bəzi problemlər var idi, ölkə prezidentinə müraciət etdik və həll olundu. Yəqin ki, yaxın vaxtlarda Qəbələdə işlər daha da intensivləşəcək. Ümumilikdə 43-46 km-lik torpaq işləri bu ilin sonuna qədər yekunlaşacaq. Bundan sonra isə digər işləri görəcəyik". Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə gəlincə, Cavid Qurbanov əlavə edib ki, sərnişin daşımalarına başlamaq üçün qonşu ölkələrə kömək edir: “Biz sərnişindaşımaya tam hazırıq. Amma gürcülərin və türklərin qatarları çəkib-aparmağa lokomotivləri yoxdur. Onların əyləc sistemləri ilə bağlı da problemləri var. Biz bu məsələlərdə qonşu ölkələrə kömək etməyə çalışırıq”, - deyə o, qeyd edib.
Geri qayıt |