Əsas Səhifə > Əsas xəbərlər > Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu

Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu


22-01-2021, 08:49

Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu

ABŞ Prezidenti Co Bayden ölkəyə gələnlərlə bağlı yeni qaydaları elan edib.

  “RİA Novosti”yə xəbər verir ki, ABŞ-a gələnlər koronavirusla əlaqədar olaraq test verməklə yanaşı, karantinə alınacaqlar.

“Yeni ştammın meydana gəlməsi səbəbindən digər ölkələrdən ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar”, - deyə Bayden bildirib.

Amerikalı lider karantin müddətinin nə qədər olacağı və qaydaların nə vaxtdan tətbiqə başlanacağı barədə hələ ki heç bir açıqlama verməyib.  /“Qafqazinfo”


Geri qayıt