Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu
ABŞ Prezidenti Co Bayden ölkəyə gələnlərlə bağlı yeni qaydaları elan edib. “RİA Novosti”yə xəbər verir ki, ABŞ-a gələnlər koronavirusla əlaqədar olaraq test verməklə yanaşı, karantinə alınacaqlar. “Yeni ştammın meydana gəlməsi səbəbindən digər ölkələrdən ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar”, - deyə Bayden bildirib. Amerikalı lider karantin müddətinin nə qədər olacağı və qaydaların nə vaxtdan tətbiqə başlanacağı barədə hələ ki heç bir açıqlama verməyib. /“Qafqazinfo”