Çində 5 milyonluq şəhər karantinə alındı
Çində koronavirusla bağlı vəziyyət gərginləşməyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, yoluxma faktlarının artması ilə əlaqədar olaraq paytaxt Pekin və ətraf qəsəbələrdən sonra Lanfan şəhəri karantinə alınıb. “COVID-19”un sürətlə yayıldığı şəhərdə sərt məhdudiyyətlər qüvvəyə minib. Hebey əyalətinə daxil olan şəhərdə 4, 9 milyon əhali yaşayır. Onlardan 20 min nəfər Karantin Mərkəzinə yerləşdirilib. Yeddi gün davam edəcək karantində şəhərə giriş-çıxış tamamilə bağlanıb.