Əsas Səhifə > Əsas xəbərlər > Baxçalıya vaksinin ikinci dozası da vuruldu
Baxçalıya vaksinin ikinci dozası da vuruldu11-02-2021, 23:52 |
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı koronavirus peyvəndinin ikinci dozasını vurdurub. Bu barədə o, tvitter səhifəsində məlumat yayıb. “Səhiyyə nazirimiz Fəxrəddin Qoca tərəfindən planlaşdırıldığı kimi, “COVID-19” virusuna qarşı peyvəndin ikinci dozasını vurdurdum. Ümid edirəm ki, yaxın gələcəkdə maskadan, məsafədən və təmizliyə diqqət yetirərək bu epidemiyadan qurtulacağıq”,- deyə partiya lideri bildirib. Qeyd edək ki, D. Baxçalıya vaksinin ilk dozası yanvarın 15-də tətbiq olunmuşdu. /“Qafqazinfo” Geri qayıt |