Baxçalıya vaksinin ikinci dozası da vuruldu

Baxçalıya vaksinin ikinci dozası da vuruldu

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı koronavirus peyvəndinin ikinci dozasını vurdurub.

   Bu barədə o, tvitter səhifəsində məlumat yayıb.

Səhiyyə nazirimiz Fəxrəddin Qoca tərəfindən planlaşdırıldığı kimi, “COVID-19” virusuna qarşı peyvəndin ikinci dozasını vurdurdum. Ümid edirəm ki, yaxın gələcəkdə maskadan, məsafədən və təmizliyə diqqət yetirərək bu epidemiyadan qurtulacağıq”,- deyə partiya lideri bildirib.

Qeyd edək ki, D. Baxçalıya vaksinin ilk dozası yanvarın 15-də tətbiq olunmuşdu. /“Qafqazinfo”






Fikirlər