Bu gün Azərbaycanda sabitlik varsa, biz buna görə onlara da borcluyuq...
Müraciətimi qeydiyyatda olduğum Suraxanı rayon polis idarəsinin 31-ci polis şöbəsinə yönləndirdilər. Polis şöbəsinin rəisi, polis polkovniki cənab Ülvi Məmmədov məsələni öz nəzarətinə götürdü və şöbənin tədqiqatçısı, polis kapitanı Rəşad Quliyevə öz tapşırıqlarını verərək problemin dərhal həllinə nail oldular. Qısa zamanda bu cür peşəkar və obyektiv yanaşma həqiqətən də təqdirəlayiqdir. Mən həmişə demişəm Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov və bütün daxili işlər orqanlarında xidmət göstərən əməkdaşları yüksək tərifə layiqdirlər. Bu gün Azərbaycanda sabitlik varsa, biz buna görə onlara da borcluyuq. Ehtiram Mehtiyev
Bir dövlət qulluqçusu, Milli Məclisin əməkdaşı və Milli Cəbhə partiyasının sədr müavini kimi Daxili İşlər Naziri cənab Vilayət Eyvazova bu yaxınlarda bir məsələ ilə bağlı müraciət etmişdik. Qısa zamanda nazirlikdən operativ şəkildə zəng edib məsələnin həlli istiqamətində istintaq-əməliyyat tədbirləri gördülər.
Bir dövlət qulluqçusu kimi başda Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla, Suraxanı rayon polis idarəsinin rəisi cənab Şəhriyar Qurbanova, 31-ci polis şöbəsinin rəisi cənab Ülvi Məmmədova və bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
deputat köməkçisi,
Milli Cəbhə Partiyasının sədr müavini